Xeyirsevər insan- xeyir əməlləri vərdiş edən, yaxşılığa, yardıma və xeyrə vəsilə olmağa çalışan insandır. Xeyirsevərlik- sanki hər bir insanın sahib olması mütləq olan peşədir. .. İnsanın hələ kiçik yaşlarından başlayaraq etdiyi əməllər hansısa hədəflə və ya səbəblərlə bağlıdır. Düşünürəm ki, xeyirsevər olmaq üçün əsas səbəblərimiz bunlardır:
- İnsanlıq duyğusu- axı, insan olmaq insana aid hisslərə- sevgi, mərhəmət, qayğı, diqqət, həssaslıq və s. duyğulara sahib olmaq deməkdir .Bu hissləri anlayan insanın yardımsevər olmaması mümkün deyil- yardımsevər olmaq insan olmağın ən önəmli səbəbidir.
- İnancımız- müsəlman olaraq bizə gözəl islam dinimizin ən birinci öyrətdiyi- xeyir əməl etmək, yardımsevər olmaqdır. Bir hədisdə Peyğəmbərimiz(S.A.S): “Insanin ən yaxşısı yardım edənidir söyləmiş və “Gülümsəyərək də olsa birinə yardım edin” deyərək, təbəssümün də bir yardım olduğunu vurğulamışdır.
- Millətindən və məkanından asılı olmayaraq bütün əxlaq dəyərləri və etiket normaları- başqasına yardım etmək, pis vərdişdən uzaq durmaq və gözəl əməllərə vərdiş etməyi təbliğ edir. Insanı sevmək- eyni zamanda ona yardım etməkdir- kiminə xoş sözlə, kiminə doğru məsləhət verməklə, ehtiyacına görə dəstək olmaqla… Əsas odur ki, səmimiyyətlə və rəftarımızla başqalrına da nümunə olaraq…
- Paylaşmaq mədəniyyəti – “Verən əl alan əldən üstündür” tezi ilə yaşamaq: Paylaşmaq –çox incə bir mədəniyyətdir və kamilliyə gedən yolda bu mədəniyyətə sahib olmaq çox vacibdir- çox vaxt insanlara almaq çox asan, verməksə çətin gələr. Ancaq düşünsək ki : aldığımız nəfəs daxil bizim olduğunu hesab etdiyimiz hər şey Allahın(C.C.) bizə lütfüdür.. Və Allah rizası üçün etdiyimizin qarşılıqsız qalmayacaq, əvəzi və mükafatı mütləq hansısa şəkildə bizim olacaq.. Düşünsək – vermək zamanı olduğunu anlayacağıq…
- Yardımsevər insana hər kəs hörmət və sevgi göstərər- Onların adı xatirələrdə, tarixdə iz buraxar- həm Allahın , həm insanların sevgisini qazanarlar. Ən əsası isə – yardımsevər insanın yardımsevər övladı olar. Övlad sahibi olan hər kəs onu əməli saleh görmək istər- ailədən gördüyü nümunə ilə – saleh əməl və xeyir çırağının nuru ilə böyüyən balalar xeyirli övladlar olacaq- tək bircə bu səbəb belə yardıımsevər olmaq üçün yetərlidir..