Kanadada aparılan bir araşdırma xeyir işlər, yardımlaşma və dəstək kimi gözəl əməllərin ürək və bədən sağlamlığına müsbət təsirinin olduğu faktı müəyyən olundu. Tədqiqat, həmçinin, stres, depresiya, əsəbilik və ya ruhi sakitlik kimi nevroloji sosial faktorlarına məhz kardiologi- ürək damar sistemi xəstəliklərinin yol açdığı və dünya üzrə insan ölümü göstəricilərində bu elementlərin ciddi rolu olduğu da aşkar olundu. Vankouverdə 106 yeniyetmə üzərində aparılan araşdırmada – qan təzyiqi, müəyyən göstəricilərin alınması və ürək döyüntüləri ölçülən məktəblilərdən 53-ü həftədə 1 saat ibtidai sinifdə oxuyan balacalara müxtəlif mövzularda qarşılıqsız və təmənnasız dəstək oldular, digər 53 nəfər isə hər hansı könüllü yardım proqramına cəlb olunmadı. 10 həftənin sonunda , ilk qrupdakı yeniyetmələrin kardio ritmləri daha stabil, xolestrol və digər göstəricilər daha qənaətbəxş olduğu müşahidə olundu.