Biz Kimik

About Us

Biz Kimik?

“Damla”İB  xeyriyyə qurumu olaraq – aztəminatlı ailələrə, valideyn himayəsindən qismən və ya tamamən məhrum uşaqlara, fiziki əngəlli insanlara və tənha yaşayan ehtiyaclı durumda ahıllara, imkansız tələbə gənclərə və təbii fəlakətlər nəticəsində yardıma möhtac əhaliyə, əməliyyat və müalicə üçün maddi dəstəyə ehtiyaclı soydaşlarımıza ünvanlı yardımların göstərilməsi məqsədilə yaradılmışdır. 2008-ci ildə könüllü  yardımsevərlərin təklif və işgüzarlığı ilə kiçik yardım aksiyaları olaraq başlayan fəaliyyət 2010-cu ildə QHT olaraq Azərbaycan Dövlət Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatına alınmıştır.

home

Fəaliyyətimiz

Yardıma ehtiyaclı ailə və şəxslərin sosial problemlərinin araşdırılması və xeyirsevər dəstəyi ilə yardımların göstərilməsi

  • - Ərzaq yardımı
  • - Sosial yardım (geyim və məişət avadanlığı, odun ehtiyacı və s)
  • - Tibbi yardım
  • - Təhsil yardımı
  • - Mənəvi-psixoloji dəstək
  • - Təmir-tikinti işlərində yardım

Missiyamız

Xalqımızın tarixən sahib olduğu zəngin xeyriyyəçilik ənənələrinə sadiq olaraq:

- Xeyriyyəçilik mədəniyyətinin inkişafı və ictimaiyyətdə geniş tətbiqinə çalışmaq

- Ədalətli olaraq və heç bir sosial , dini və irqi fərq qoymadan aztəminatlılara yardım göstərmək

Prinsiplərimiz

- İşimizdə hər zaman şəffaf olmaq

- Vicdanla və son dərəcə keyfiyyətli çalışmaq

- Xeyirsevərlər və ehtiyaclılar arasında vasitəçi olmaq

- Mükəmməl və peşəkar fəaliyyətlə cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq etmək

0
Valideynini İtirmiş
0
Bölgələr Üzrə Könüllü Nümayəndə
0
Davamlı Layihə