«Onların işıqlı gələcəyinə ümid olaq!»
Fəaliyyətimizin ilk günündən təşkilatımızın…
Fəaliyyətimizin ilk günündən təşkilatımızın hədəfi aztəminatlı ailələr, valideyn himayəsindən məhrum uşaqlar, ağır xəstələr üçün məqsədyönlü sosial yardım proqramlarının tərtib edilməsi və həyata keçirilməsidir, həmçinin elmə və təhsilə dəstək, adət-ənənələrimizin və xeyriyyəçilik mədəniyyətimizin bərpası və tətbiqi, eləcə də gənclərlə maarifləndirmə işlərinin aparılmasıdır.
Layihənin konsepsiyası və ideyası:
- Bakı və regionlar üzrə yaxşı oxuyan, ali təhsil almağa can atan, bir və ya hər iki valideyn himayəsindən məhrum uşaqların siyahısını tərtib etmək.
- Abituriyent hazırlığı proqramı üzrə (10-cu, 11-ci siniflər) “Kainat”, “Kaspi” və bu kimi digər kurslarla 2 illik müqavilələr bağlamaq.
Layihəni həyata keçirmək üçün onu sponsorlara, yerli və xarici şirkətlərə, dövlət xadimlərinə və filantroplara təqdim etmək.
Öhdəliklərimiz:
- Abiturientlərin diqqətlə seçilməsi
- Sponsorların axtarışı
- Kurslarla müqavilələrin bağlanması
- Abituriyentin dərslərdə iştirakının, müvəffəqiyyətinin, təhsilin keyfiyyətinin daim nəzarətdə saxlanması
- Sponsora ətraflı hesabatın verilməsi
Layihənin xüsusiyyətləri:
- Abituriyentlərin ali təhsil ocaqlarına qəbul olunmaları üçün keyfiyyətli və professional hazırlıq imkanı.
- Abituriyentlərə stimul vermək və onların ruh yüksəkliyini qaldırmaq.
- Abituriyentlərlə sponsorlar arasında xoş münasibətlərin yaranması üçün sponsora etdiyi xeyir əməlin dadını dadması, abituriyentin isə şəxsi inkişafı və insani duyğularının artması üçün faydalı olacaq mütəmadi görüşlərin təşkili.
- Cəmiyyəti valideyn himayəsindən məhrum uşaqlar üçün qayğıya təşviq etmək.
- Cəmiyyəti xeyriyyə layihələrində iştiraka cəlb etmək.
Layihənin məqsədi:
- Aztəminatlı insanların ehtiyaclarına önəm verən Zeynalabdin Tağıyev və Azərbaycanın digər məşhur mesenatlarının xeyriyyəçilik məktəbinin bərpası və xeyriyyəçilik mədəniyyətinin cəmiyyətimizdə tətbiqi.
- Təhsilə dəstək.
- Gənclərdə insani dəyərlərin inkişaf etdirilməsi.
- Əhalinin sosial problemlərinin həlli.
Layihənin faydası:
- Dövlətə
- Cəmiyyətə
- Gənclərə
Layihənin ehtiyacları:
- Maliyyə dəstəyi, könüllü müəllimlər, təmənnasız və ya güzəştli şərtlərlə kurslar
Necə yardımcı ola bilərsiz?
Bizimlə əlaqə saxlayıb, hal-hazırda təhsil yardımına ehtiyacı olan uşaqlar haqqında məlumat alıb, onlardan birini və ya bir neçəsini himayənizə alıb, aylıq ödənişlərini öhdənizə götürə bilər və ya müəyyən bir məbləği hər ay bir uşağın təhsil haqqının bir hissəsi olaraq da köçürə bilərsiniz.
Ətraflı məlumat, dəstək və təklifləriniz üçün – 050 351 11 44 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.