“Sevinc Damlaları” – Təbəssüm bəzən ən böyük hədiyyədir…
Gülmək hər bir uşağın haqqıdır…
Gülmək hər bir uşağın haqqıdır… Bəzi balaların sevinmək və gülmək üçün “dost”a ehtiyacı var… Respublika Onkologiya Xəstəxanasının Uşaq klinikasında, Respublika Uşaq Xəstəxanası və Uşaq Bərpa Mərkəzində ambulator müalicədə olan balacalarla layihəmiz 8 ildir ki, davam edir. Könüllü gənclərin – “dostların” dəstəyi ilə onlara sevinc bəxş etməyə çalışırıq… Uşaqlar tərəfindən sevilən cizgi filmlərinin personajlarını təmsil edən kostyumları geyinərək, dünyaca məhşur “Doktor Kloun” metodundan istifadə edib, balalarımıza müsbət emosiyalar və təbəssüm bəxş etməyə çalışırıq və bu metodun müsbət təsiri bizim həkimlər tərəfindən də təsdiqlənir. Ziyarət zamanı balaları onlar üçün icazəli olan hədiyyələrlə də sevindiririk.
Ətraflı məlumat alıb, layihəmizə dəstək olmaq istəyənlər – 050 351 11 44 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.