Yetimlər qanadsız quş kimidirlər…
Soyuqda və qorxu içində titrəyən, sevgisiz böyüyən körpələr.
Himayəsiz və kimsəsiz, ümidsiz döyünən kiçik qəlblər.
Gəlin, onlara qanad olaq! Yetim uşaqlara sahib çıxaq!
Üzərimizdə hər yetimin haqqı var, – bunu unutmayaq. Əl tutmaq, köməkləşmək milli ənənəmizdir. Elə bir ailə yoxdur ki, qohum-əqrəbaya, qonşuya əl tutmasın.
Yetim və kimsəsiz uşaqlara da yardım əlimizi uzatsaq, onların ehtiyaclarını ödəsək, onlara gözəl təhsil versək, xalqımızın parlaq, xoşbəxt gələcəyinin möhkəm təməlini qurmuş olarıq.
Yetimlərə yardım saysız-hesabsız xeyir qapısını üzümüzə açır. Bu gün öz övladımıza göstərdiyimiz qayğını yetimə göstərsək, onun təhsil almasına, şəxsiyyət kimi yetişməsinə kömək etsək, gələcəkdə övladımızı hansı məktəbə, hansı müəllimə, hansı həkimə aparmaqda çətinlik çəkməyəcəyik!
Doğma Vətənimizin şəhər və kəndlərində qayğıkeş insanların yolunu gözləyən uşaqların xəyallarını gerçəkləşdirmək bizim borcumuzdur. Azərbaycanımızın gələcəyi naminə, yetimlərin qəlblərinə axan sevgi, sevinc və ümid yağışının damlaları olmağa tələsək! Yetimi arzularına çatdırmaq böyük xoşbəxtlikdir.
Gəlin, yetimlərin çöhrəsinə təbəssüm bəxş edək!