Şöbələr

İctimai Birliyimizin fəaliyyətinin ilk günündən etibarən işimiz haqqında bütün məlumatlar ictimaiyyətə və bizə dəstək olan xeyirsevərlərə çatdırılır. Təşkil olunan xeyriyyə layihələri, sərgilər, davamlı və mütəmadi xeyirsevər yardımlarının çatdırıldığı ünvanları tam əks etdirən məlumatlar dizayn və informasiya şöbəsi tərəfindən illik hesabatlar olaraq hazırlanır. Həmçinin, gördüyümüz və planlaşdırılan işlər haqqında bütün elan və anons materiallarının gözəl şəkildə ictimaiyyətə çatdırılması bu şöbənin vəzifəsidir.

“Damla” İctimai Birliyi xeyriyyəçilik mədəniyyətinin inkişafı və yardımlaşma fəaliyyəti üzrə gördüyü işlərdə hər zaman dövlət qurumları ilə əməkdaşlıq münasibətindədir. Fəaliyyətimizin media və mətbuatda fəal işıqlandırılması cəmiyyətin bütün təbəqələri ilə münasibətlərimizin qurulmasına dəstək olur. İctimaiyyətlə əlaqələr şöbəsi – haqqımızda məlumatların mətbuatda, sosial şəbəkələrdə, sayt və xəbər portallarında yerləşdirilməsini və əlaqədar ünvanlarla əməkdaşlıq münasibətlərinin qurulması işini yerinə yetirir. Eyni zamanda fəaliyyətimiz haqqında maarifləndirmə nümunələrinin ictimaiyyətə çatdırılması üçün materiallar bu şöbə tərəfindən hazırlanır.

Ehtiyacı olanlara dəstək olmaq missiyasına başlarkən, qayğıya ehtiyaclı siyahısında öndə olanlara – bir və ya hər iki valideynindən məhrum uşaqlara şəfqət göstərməyi özümüzə borc bildik.

“Uzatdığın bu əl bir gün şəfqətlə sənə dönə bilər” layihəsi üzrə həyatda olan valideyni və ya qəyyumları ilə yaşayan uşaqların sosial imkanları aydınlaşdırıldıqdan sonra, onlara ən faydalı yardım olan – təhsildə öhdəçilik dəstəyimizi tətbiq  etməyə başladıq. Xeyirsevərlərin dəstəyi ilə imkansız ailələrdən olan yetim uşaqların ali məktəblərə hazırlıq kursları, fənn və təlim məşğələləri və şəxsiyyətlərinin inkişafı üçün təhsil proqramlarında iştirakını təmin etməyə çalışırıq. Dəstək olduğumuz balaların vətənə, dövlətə elmli və layiqli şəxsiyyətlər olaraq qazandırılmasına xidmət edən bütün bu işlərin görülməsi valideyn himayəsindən məhrum uşaqlarla iş şöbəsinə aiddir. Şöbənin vəzifələrindən biri də – dünyamızı gözəlləşdirəcək yardım layihələrinə xeyirsevərin cəlb olunması üçün xüsusi tədbirlərin hazırlanması və yeni layihələrin təşkilidir.

Bizlərə əmanət balaların təhsildə uğuru ilə yanaşı, onların sosial-mədəni inkişafı, dünyagörüşünün formalaşması məqsədilə ictimai tədbirlərdə iştirakına önəm verilir.

Aztəminatlı ailələrlə iş bölməsi “Damla” İctimai Birliyinin ən geniş fəaliyyət sahəsidir. Bu şöbə maddi imkanı çox aşağı olan ailələrə – ehtiyaclılara, əlillərə, xəstələrə, tənha yaşayan ahıllara, imkansız tələbə gənclərə ehtiyaclarına uyğun ünvanlı yardımlar göstərilməsi işini yerinə yetirməklə məsuldur. Xeyirsevər dəstəyi ilə ehtiyaclı ailələri ərzaq, geyim, məişət avadanlığı ilə təmin etməklə onların sosial vəziyyətinin yaxşılaşmasına çalışırıq. Tibbi yardımlarla imkansız ailələrə hədiyyə edilən sevinc – həm də onlara insanlığa sevgi, gələcəyə ümid və xeyrə inam hisslərini aşılayır.

İctimai Birliyimiz fəaliyyətə başladığı ilk gündən bu günə kimi gördüyü hər işdə könüllü xeyirsevərlərimizə borcludur və minnətdardır. Fəaliyyətimizin genişlənməsi və inkişafı ətrafımızdakı könüllülərin artması ilə sıx əlaqəlidir. Bu məqsədlə xeyriyyəçilik mədəniyyəti, onun əsasları, tarixi və sosial əhəmiyyətinin davamlı olaraq cəmiyyətin bütün təbəqələri arasında geniş təbliğinə və tətbiqinə çalışmalıyıq – bu işi vəzifə olaraq könüllülərlə iş bölməsi yerinə yetirir. Bölmənin hazırda əsas iş hədəfi – gənclərin xeyriyyəçilik mədəniyyəti barədə maarifləndirilməsi və bu fəaliyyətə qoşulmasıdır.